“Rusiyanın Ukraynaya qarşı müharibəsinin sonu beynəlxalq hüquqa uyğun olmalıdır” - BMT-nin baş katibi

 19:38 03.12.2025     240

BMT-nin baş katibi Antonio Quterreş çərşənbə günü bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin başa çatdırılması yalnız beynəlxalq hüququn tələblərinə uyğun şəkildə mümkün ola bilər.

Redaktor.az xəbər verir ki, Nyu-Yorkda keçirilən konfransda çıxış edən Quterreş vəziyyətin hələ də həll yolundan çox uzaq olduğunu deyib:

“Hesab edirəm ki, biz hələ də həllə yaxın deyilik.”

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edərək Soyuq Müharibədən bəri Moskva ilə Qərb arasında ən böyük gərginliyə səbəb olub. Hazırda ABŞ münaqişənin bitməsi üçün vasitəçilik səylərini davam etdirir.

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən