Suverenlik və sərhədlərlə bağlı heç bir kompromis olmayacaq - Ukrayna xarici işlər naziri
Ukrayna tərəfindən ölkənin suverenliyi və ərazi bütövlüyü ilə bağlı heç bir güzəştə gedilməyəcək.
Redaktor.az "Strana” nəşrinə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sıbiga bəyan edib.
Nazirin sözlərinə görə, NATO ölkələrinin xarici işlər rəhbərləri də Kiyevin bu mövqeyini dəstəkləyiblər.
Xədicə BAXIŞLI













