Ukrayna sakinləri rus dilini unutmaq istəmir - Zaxarova
Ukrayna sakinləri rus dilini unutmaq niyyətində deyil.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "RİA Novosti"yə müsahibəsində bildirib.
O, Ukrayna Ali Radasının rus dilini dövlət tərəfindən qorunmalı dillər siyahısından çıxarması ilə bağlı qərarına münasibət bildirərək qeyd edib ki, Rusiya bu sənədin yekun variantını təhlil edəcək.
Xədicə BAXIŞLI













