"Sülh danışıqlarında irəliləyiş azdır" - Ukraynanın ABŞ-dəki səfiri
Ukraynanın ABŞ-dəkı səfiri Olqa Stefanışina Moskva və Kiyev arasında sülh prosesində hələlik ciddi irəliləyiş olmadığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Səfirin sözlərinə görə, həm ABŞ, həm də Ukrayna münaqişənin diplomatik yolla həllinə nail olmaq niyyətindədir. Kiyev döyüşlərin dayandırılması və davamlı sülhün təmin edilməsi üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışır. Hazırda tərəflər mümkün razılaşmaların həcmi və məzmunu ilə bağlı müzakirələr aparır.
“Hazırda Moskva görüşündən sonrakı addımlar və bundan sonra hansı istiqamətdə irəliləyə biləcəyimiz barədə danışırıq. İrəliləyiş çox deyil, amma proses davam edir”, - deyə Stefanışina vurğulayıb.
Nuriyyə NATİQQIZI













