"Rusiya və Hindistan arasında münasibətlər unikaldır" - Putin
"Rusiya və Hindistan arasında münasibətlər unikaldır".
Redaktor.az xəbər verir ki, barədə Rusiya Prezidenti Vladimir Putin "India Today" telekanalına verdiyi müsahibədə bildirib.
"Bizim münasibətlərimizin tarixindən danışmıram belə, çünki bu tarix özünəməxsus xarakter daşıyır", - deyə Putin qeyd edib.
O əlavə edib ki, Moskva və Yeni Dehli arasında əməkdaşlıq bir çox sahələrdə inkişaf edir. Yeni əməkdaşlıq planı yüksək texnologiyalar, kosmik tədqiqatlar və nüvə energetikası sahələrini əhatə edir.
Aytəkin TOFİQQIZI













