Britaniya Ermənistana ilk dəfə hərbi attaşe təyin etdi

 15:24 04.12.2025     213

Böyük Britaniya ilk dəfə Ermənistana rezident hərbi attaşe təyin edib.

Redaktor.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bu vəzifəyə mayor Tomas Şarland təyin olunub.

“Bu tarixi addım Birləşmiş Krallıq və Ermənistan arasında tərəfdaşlığın getdikcə möhkəmləndiyini əks etdirir. Bu hadisə ölkələrimizin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığının daha da güclənməsinə töhfə verəcək”, - səfirlikdən bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən