ABŞ-nin Visa şirkəti Suriya ilə əməkdaşlığa başlayır

 23:20 04.12.2025     263

ABŞ-nin Visa şirkəti Suriya Mərkəzi Bankı ilə ölkədə ödəniş sistemini istifadəyə vermək barədə razılığa gəlib.

Redaktor.az xəbər verir ki, tərəflər Suriyada müasir rəqəmsal ödəniş ekosisteminin yaradılmasını nəzərdə tutan “yol xəritəsi”ni təsdiqləyiblər.

Əməkdaşlığın ilkin mərhələsində lisenziyalı maliyyə qurumları ilə birlikdə etibarlı və təhlükəsiz ödəniş infrastrukturunun qurulması nəzərdə tutulur. Bu işə ödəniş kartlarının buraxılması və rəqəmsal pulqabıların tətbiqi daxildir.

Noyabr ayında Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti Dəməşqi ziyarət edib. Qurum Suriya ödəniş sisteminin modernləşdirilməsinə və Mərkəzi Bankın aşağı inflyasiyaya yönəlik siyasət yürütmək imkanlarının bərpasına dəstək verməyə hazır olduğunu bildirib.

Həmin ay ABŞ-də Suriya ilə bağlı sanksiya və ixrac nəzarəti tədbirlərinin bir hissəsini yumşaltdığını açıqlayıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən