Ukrayna-Rusiya müharibəsi nə vaxt bitəcək? - Putin AÇIQLADI
Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə davam edən müharibənin nə zaman sona yetəcəyinə dair Hindistan mediasına açıqlama verib.
Redaktor.az xarici KİV-ə istinadla bildirir ki, Putin bildirib ki, müharibə Moskvanın savaş başlamazdan əvvəl müəyyən etdiyi hədəflər reallaşdıqda bitəcək.
Putin həmçinin Rusya-Hindistan münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayaraq, iki ölkənin gələcəyə yönəlik geniş əməkdaşlıq imkanlarına sahib olduğunu qeyd edib.
Rusiya lideri 2 dekabrda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cered Kuşnerlə keçirdiyi görüşün çox faydalı olduğunu deyib. Onun sözlərinə görə, görüş uzun çəkib və ABŞ-ın barış planındakı bütün maddələr müzakirə edilib.
Putin ABŞ prezidenti Donald Trampın Ukraynada sülhün əldə olunması üçün səmimi şəkildə çalışdığını, lakin Vaşinqtonun bu siyasətində siyasi və iqtisadi maraqlarının da olduğunu bildirib.
O həmçinin Rusiya ordusunun “xüsusi hərbi əməliyyat” adlandırdığı prosesin müharibənin başlanğıcı deyil, əksinə onu bitirməyə yönəlmiş addım olduğunu iddia edib. Prezident əlavə edib ki, əməliyyat yalnız əvvəlcədən müəyyən edilmiş hədəflər tam yerinə yetirildikdə dayandırılacaq.
Nuriyyə NATİQQIZI













