Mişustin Əli Əsədovla telefon DANIŞDI

 18:47 05.12.2025     292

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Hökuməti məlumat yayıb.

Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi və elmi-texniki əməkdaşlığının aktual məsələlərini, habelə Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini müzakirə ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən