Putin Hindistan prezidenti ilə görüşdü
Rusiya prezidenti Vladimir Putin Hindistan prezidenti Droupadi Murmu ilə görüş keçirib. Görüş Kremlin rəsmi saytında təsdiqlənib və Rusiya liderinin Hindistana dövlət səfəri çərçivəsində baş tutub.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Yeni Delhi Putinin səfərinə ciddi hazırlıq görüb. Şəhər Rusiya və Hindistan bayraqları ilə bəzədilib, səhər saatlarında əsas küçələrdə suvarma maşınları hərəkət edib. Bundan əlavə, paytaxtın mərkəzi küçələrində Putin və Modinin şəkilləri olan plakatlar asılıb. Plakatlarda rus və hind dillərində yazılar yer alıb.
Nuriyyə NATİQQIZI













