Türkiyədə avtobusla yük maşını toqquşdu - ölən və yaralananlar var - VİDEO
Türkiyənin Osmaniye vilayətində sərnişin avtobusu ilə yük maşını toqquşub.
Redaktor.az xəbər verir ki, hadisə nəticəsində 6 nəfər həyatını itirib, 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəza səbəbindən yol bir müddət nəqliyyata bağlanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.













