Yunanıstan sahillərində 18 miqrant ÖLDÜ

 00:55 08.12.2025     278

Aralıq dənizini şişmə qayıqla keçməyə çalışan azı 18 miqrant qayığın Krit adasının cənubunda batması nəticəsində həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. 

Qeyd edilib ki, şənbə günü yoldan keçən türk ticarət gəmisi yarı batmış qayığı aşkar edib. İki nəfər xilas edilib, digərlərinin axtarış-xilasetmə əməliyyatı davam etdirilib.

Ölkə rəsmiləri hələlik miqrantların hansı ölkədən gəldiyini bilmirlər.

Yunanıstan Yaxın Şərq, Afrika və Asiyada münaqişə və yoxsulluqdan qaçan insanlar üçün Avropa İttifaqına əsas giriş nöqtəsidir və qəzalar tez-tez baş verir.

Vumart və Güvən reklamı Vumart Güvən