Dabaq xəstəliyinə görə 11 kənd karantinə alındı

 09:30 08.12.2025     306

Türkiyədə heyvanlar arasında dabaq xəstəliyi yayılmaqda davam edir.

Redaktor.az xəbər verir ki, Muğlanın Milas rayonunda mal-qara fermasında dabaq xəstəliyi aşkar edildikdən sonra 11 kənddə karantin tətbiq edilib.

Qeyd olunur ki, Kemiklər məhəlləsi “mühafizə zonası” elan edilib, 30 gün ərzində iribuynuzlu və xırdabuynuzlu heyvanların karantinə alınan məhəllələrə giriş-çıxışına icazə verilməyəcək. Bu arada bölgədə minlərlə heyvana dabaq peyvəndi vurulub.

Vumart və Güvən reklamı Vumart Güvən