Tailand Kamboca ilə danışıqlardan imtina etdi

 14:05 08.12.2025     187

Tailandın baş naziri Anutin Çanvirakun Kamboca ilə sərhəd gərginliyinin həlli üzrə danışıqlardan imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "The Nation" qəzeti yayıb.

Baş nazir bildirib ki, bu qərar Tailandın suverenliyinə təhdidlərin qarşısını almaq üçün atılan açıq bir addımdır:

"Bu andan etibarən heç bir danışıqlar aparılmayacaq. Əgər biz döyüş əməliyyatlarını dayandırmaq istəyiriksə, Kamboca Tailand tərəfindən müəyyən edilmiş kursa riayət etməlidir".

8 dekabrda Tailand Kambocanı Buri Ram vilayətində mülki ərazilərə hücumda ittiham edib.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən