Almaniya hökuməti Rusiyanı təhlükə kimi qiymətləndirir

 15:30 08.12.2025     212

Almaniya hökuməti Rusiyanı ölkənin təhlükəsizliyi üçün ciddi təhlükə hesab etdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Reuters agentliyi Almaniya hökumətinin nümayəndəsinə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, Almaniya hökuməti ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Avropaya ünvanlanan tənqidləri rədd edib və Rusiyanı öz təhlükəsizliyinə təhlükə kimi görməyə davam etdiyini bildirib.

Həmçinin vurğulanıb ki, Avropa ölkələri öz təhlükəsizliklərini mümkün qədər tez bir zamanda müstəqil şəkildə təmin etməlidirlər.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən