Zelenski Avropa liderləri ilə görüşəcək

 15:33 08.12.2025     228

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 8-də Brüsseldə NATO-nun baş katibi Mark Rütte, Avropa Şurasının sədri Antoniu Koşta və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ursula fon der Lyayen ilə görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Reuters agentliyi NATO-ya istinadla məlumat yayıb.

Görüş Rütte-nin rəsmi iqamətgahında keçiriləcək.

Qeyd edək ki, dekabrın 2-də Zelenski bildirib ki, Kiyev və Vaşinqton 20 maddədən ibarət sülh planı hazırlayıblar. O, ilkin olaraq amerikalılar tərəfindən təklif olunan “yol xəritəsinin” 20 maddəyə çevrildiyini və bu həftəsonu Florida ştatında yekunlaşdırıldığını açıqlayıb.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən