ABŞ-dən Türkiyəyə 41 tarixi əsər qaytarılıb

 09:00 09.12.2025     209

Nyu-Yorkda keçirilən repatriasiya mərasimində Türkiyədən qaçaqmalçılıq yolu ilə gətirilən 41 tarixi əsər Türkiyəyə qaytarılıb.

Redaktor.az xəbər verir ki, TRT-nin yaydığı məlumata görə ümumi dəyəri 8 milyon dollardan çox olan 41 tarixi əsər Türkiyəyə qaytarılıb.

Mərasimdə geri qaytarılan əsərlərin birgə beynəlxalq araşdırmalar nəticəsində bərpa edilən mədəni irsin mühüm nümunələri olduğu bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən