Azərbaycan və Ermənistan spikerləri İstanbulda görüşə bilər

 12:50 10.12.2025     259

"Mən Ermənistan nümayəndə heyətinin Bakıda planlaşdırılan hər hansı tədbirdə iştirakını istisna etmirəm".

Redaktor.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinq zamanı deyib.

"Hansısa regional formatdan kənarda qalmağın, iştirak etməməyin düzgün məntiq olacağını düşünmürəm. Güman edirəm ki, İstanbulda keçiriləcək konfrans çərçivəsində mənimlə Azərbaycan parlamentinin sədri (Sahibə Qafarova) arasında təmaslar olacaq", - deyə o əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən