Paşinyanın təyyarəsi Ukrayna dronlarının hücumu səbəbindən Moskvaya enə BİLMƏDİ

 10:50 11.12.2025     295

Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvaya enə bilməyib.

Redaktor.az “Baza”ya istinadən xəbər verir ki, Ukrayna dronlarının hücumu səbəbindən Nikol Paşinyanın olduğu təyyarənin dekabrın 11-nə keçən gecə Moskvaya eniş etməsi mümkün olmayıb.

Paşinyanın təyyarəsi Tver bölgəsində təxminən bir saat dövrə vuraraq eniş üçün icazə gözləsə də, bu, mümkün olmayıb.

Nəticədə təyyarə Sankt-Peterburqa yola düşüb, gecə saat bir radələrində Pulkova aeroportuna enib.

Paşinyan Avrasiya İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Sankt-Peterburqa Moskvaya yola düşüb.

Vumart və Güvən reklamı Vumart Güvən