Tramp Tailand və Kambocanı atəşi dayandırmağa razı SALDI

 00:24 13.12.2025     336

ABŞ Prezidenti Donald Tramp Tailand və Kamboca baş nazirləri - Anutin Çarnvirakul və Hun Manet ilə danışıqlar aparıb.

Redaktor.az bildirir ki, bu barədə məlumatı Tramp "Truth Social" sosial şəbəkə hesabında paylaşıb.

Onun sözlərinə görə, iki ölkənin liderləri dekabrın 12-si axşamdan etibarən atəşkəsə razılaşıblar. Tramp qeyd edib ki, tərəflər oktyabr ayında bağlanmış sülh sazişinə riayət edilməsinə qayıtmağa hazırdırlar.

Xatırladaq ki, Tailand və Kamboca arasındakı münaqişə dekabrın 8-i Tailand ordusunun mübahisəli sərhəd boyunca hava zərbələri endirdikdən sonra yenidən alovlanıb.

Vumart və Güvən reklamı Vumart Güvən