Aİ Ukrayna üzrə Kompensasiya Komissiyasına 1 mln. avro yardım ayıracaq

 18:10 16.12.2025     381

Avropa İttifaqı Ukrayna üzrə Kompensasiya Komissiyasına 1 milyon avro məbləğində yardım ayıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas “X” hesabında bildirib.

“Rusiya dağıtdığı evlər, məktəblər və xəstəxanaların pulunu ödəmək məsuliyyətindən yayına bilməz. Bu gün Haaqada Rusiyanın müharibədə Ukraynaya vurduğu ziyanla bağlı qaldırılan məsələlərin həlli üçün komissiya yaratdıq. Aİ bu komissiyanın işini dəstəkləyəcək və ilkin mərhələdə 1 milyon avro ianə ödəyəcək”,- deyə Kallas qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən