Ukraynanın hücumu nəticəsində bu vilayətdə elektrik kəsildi

 08:22 19.12.2025     327

Rusiyanın Rostov vilayətində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində yüksək gərginlikli elektrik ötürücü xətt (EÖX) qırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yuri Slyusar məlumat verib.

Onun sözlərinə görə, baş verən hadisə nəticəsində Bolqarstroy yaşayış massivindəki evlər, eləcə də Qərb sənaye zonasındakı sənaye müəssisələri enerji təchizatından ayrılıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən