Ukrayna dronları “Lukoil”in Xəzər dənizində neft platformasına zərbə endirdi
Ukrayna Təhlüksəzilik Xidmətinin uzaqmənzilli pilotsuz uçuş aparatları Xəzər dənizində Rusiyanın “Lukoil” şirkətinə məxsus sayca üçüncü neftçıxarma platformasını vurub.
Reedaktor.az xəbər verir ki, bu barədə UNİAN xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, bu dəfə “Rakuşeçnoye” yatağında yerləşən qazma qurğusu hücuma məruz qalıb.
Paylaşılan videolarda qaz-turbin qurğusuna uğurlu zərbənin qeydə alındığı görünür.













