Rusiya və ABŞ Avropa təhlükəsizliyini müzakirə edir

 11:08 22.12.2025     383

Rusiya və ABŞ arasında Avropa istiqamətində təhlükəsizlik arxitekturası da daxil olmaqla bir sıra məsələlər müzakirə olunur, lakin bu dialoqda Avropanın özü faktiki olaraq iştirak etmir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Maksim Buyakeviç açıqlamasında bildirib.

Diplomatın sözlərinə görə, Moskva və Vaşinqton arasında mövcud olan kommunikasiya kanalları çərçivəsində təhlükəsizlik arxitekturası ilə bağlı məsələlər, o cümlədən Avropa ölçüsü müzakirə olunur.

“Bu, genişləndirilmiş dialoqdur. Təəssüf ki, hazırda bu dialoqda Avropanın özü üçün faktiki olaraq yer yoxdur”, - deyə Buyakeviç vurğulayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən