Netanyahu İrana xəbərdarlıq ETDİ

 00:00 23.12.2025     346

Baş nazir Benyamin Netanyahu İsrailin İranın son zamanlar təlimlər keçirməsindən xəbərdar olduğunu bildirib.

Redaktor.az "The Times of Israel"ə istinadən xəbər verir ki, Netanyahu Yunanıstan və Kipr liderləri ilə birlikdə Yerusəlimdə keçirilən mətbuat konfransında deyib ki, "bunu izləyirlər və bütün lazımi hazırlıqları görürlər".

O qeyd edib ki, Tehranın nüvə fəaliyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə olunacaq.

"Bunu İrana açıq şəkildə çatdırmaq istəyirəm: İsrailə qarşı hər hansı bir hərəkət çox sərt cavabla qarşılanacaq", - Netanyahu xəbərdarlıq edib.

Vumart və Güvən reklamı Vumart Güvən