Çexiyanın Baş naziri üzündən əməliyyat OLDU

 23:38 23.12.2025     336

Çexiyanın Baş naziri Andrey Babiş üz əməliyyatı keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Blesk" məlumat yayıb.

Babişin "Narazı vətəndaşların aksiyası" (ANO) partiyasının mətbuat katibi Martin Vodiçka bildirib ki, baş nazir "üzdə kiçik ambulator əməliyyat" səbəbindən xəstəxanada olub.

"Baş nazir artıq işinə qayıdıb", – o, əlavə edib.

ANO nümayəndəsinin sözlərinə görə, 71 yaşlı Babişin üzündən "profilaktik histoloji tədqiqat" üçün toxuma nümunəsi götürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən