Makron ABŞ-nin bu qərarını qınadı

 18:38 24.12.2025     249

Fransa Prezidenti Emmanuel Makron ABŞ hökumətinin keçmiş Aİ komissarı Tyerri Breton və bir neçə digər avropalıya ABŞ-yə giriş qadağası qərarını qınayıb.

Redaktor.az xəbər verir ki, o, bu  barədə sosial şəbəkə hesabında yazıb. 

"Fransa ABŞ-nin Tyerri Breton və digər dörd Avropalı şəxs üçün viza məhdudiyyəti qərarını pisləyir", - Makron ifadə edib. 

O, bunun Aİ-nin rəqəmsal suverenliyinə qarşı "qorxutma və məcburetmə aktı" olduğunu söyləyib.  

Vumart və Güvən reklamı Vumart Güvən