Tərəflər Ukrayna münaqişəsinin həllinə real olaraq yaxınlaşıb - Rusiya XİN

 00:00 27.12.2025     437

“Ukrayna münaqişəsində tərəflər həqiqətən də münaqişəsinin həllinə yaxınlaşıblar”.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Düşünürəm ki, 25 dekabr 2025-ci il tarixi, həqiqətən də həll yoluna yaxınlaşdığımız bir mərhələ kimi yaddaşımızda qalacaq. Lakin son təkanı verib razılığa gələ bilməyimiz digər tərəfin siyasi iradəsindən asılıdır", - Ryabkov bildirib.

Onun sözlərinə görə, bu təkan Kiyev və tərəf müqabillərinin, xüsusən də razılığa sadiq olmayan Avropa Birliyindəki ölkələrin onu dayandırmaq üçün səylərini ikiqat artırdığı şəraitdə verilməlidir.

Vumart və Güvən reklamı Vumart Güvən