"Rusiyanı Ermənistandan "çıxarmaq" kimi gündəmimiz yoxdur" - Mirzoyan

 23:38 28.12.2025     334

"Ermənistan hökuməti Rusiya ilə əlaqələri kəsmək istəmir və bunu beynəlxalq tərəfdaşlarına çatdırıb".

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin İctimai Televiziyasına verdiyi müsahibədə bildirib.

"Ermənistan hökumətinin Rusiyanı Ermənistandan "çıxarmaq" və ya siyasi və ya iqtisadi əlaqələri kəsmək üçün heç bir gündəliyi yoxdur. Belə bir gündəm yoxdur və belə bir siyasət yürüdülmür. Anlaşılmazlıqların qarşısını almaq üçün bu, birbaşa beynəlxalq tərəfdaşlara çatdırılır", - deyə Mirzoyan bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən