Türkiyədə yağan qar səbəbiylə 17 vilayətdə dərslər ləğv OLDU

 09:00 29.12.2025     339

Güclü qar yağması Türkiyənin azı 17 vilayətində məktəblərdə dərslərin ləğv olunmasına səbəb olub.

Redaktor.az xəbər verir ki, cümə günündən bəri Türkiyənin böyük bir hissəsində Rusiya və İslandiyadan gələn soyuq hava axını səbəbindən aşağı hava temperaturu müşahidə olunur. 

Türkiyənin Meteorologiya Baş İdarəsi güclü qar yağışı səbəbindən bazar ertəsi günü şimalda yeddi vilayət də daxil olmaqla 17 vilayətdə sarı həyəcan siqnalı verib.

Ağrı, Bartın, Bitlis, Bolu, Van, Düzce, Zonguldak, Karabük, Kastamonu, Kırşehir, Mardin, Muş, Sinop və Hakkari vilayətlərində məktəblərdə dərslərin ləğv edildiyi elan olunub.

Vumart və Güvən reklamı Vumart Güvən