Zelenskinin ABŞ səfəri tənqid edildi - "Bu, siyasi intihara cəhd idi"

 09:59 29.12.2025     288

Britaniyanın İşçi Partiyasının lideri Corc Qellouey Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə son səfərini sərt tənqid edib. Onun sözlərinə görə, Zelenskinin Floridaya səfəri çıxılmaz vəziyyətdə “üzünü qorumaq” və faktiki olaraq siyasi intihara cəhd etmək məqsədi daşıyıb.

Redaktor.az xəbər verir ki, Qellouey bu fikirləri YouTube kanalında yayımlanan çıxışında səsləndirib. O bildirib ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampın Mar-a-Laqo iqamətgahında keçirilən görüşlərdə adətən tərəflərdən biri uduzan vəziyyətdə qalır.

“Bəlkə də bu gün Zelenskinin məqsədi üzünü qorumaq və məcburən ‘zəhəri qəbul etmək’ idi. Üstəlik, bunu Trampın Ağ Evinin tam parad ab-havasında, nüfuzlu cənab və xanımların əhatəsində etdi”, – deyə britaniyalı siyasətçi vurğulayıb.

Qeyd edək ki, bir gün əvvəl Donald Tramp və Volodimir Zelenski Floridada, Mar-a-Laqo iqamətgahında danışıqlar aparıblar. Görüşün yekununda tərəflər Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı mümkün razılaşma məsələsində mövqelərin xeyli yaxınlaşdığını bəyan ediblər. Bununla yanaşı, ərazi məsələləri və Donbasın gələcəyi kimi əsas məqamların hələ də açıq qaldığı bildirilib.

Tramp qeyd edib ki, bir neçə həftə ərzində danışıqların konkret razılaşmalar mərhələsinə keçib-keçməyəcəyi bəlli olacaq.

Xatırladaq ki, daha əvvəl Rusiyada Avropa İttifaqı və Ukraynanın sülh planına “minalar yerləşdirdiyi” barədə açıqlamalar səsləndirilmişdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən