İran kimyəvi və bioloji silah elementləri ehtiva edən ballistik raket başlıqları üzərində İŞLƏYİR

 11:04 29.12.2025     224

İran kimyəvi və bioloji silah elementləri ehtiva edən ballistik raket başlıqları istehsal etməyə çalışır.

Redaktor.az xəbər verir ki, bu barədə anonim mənbə “Iran International”a danışıb.

Mənbə bildirib ki, rəsmi Tehran regional gərginlik, eləcə də ABŞ və İsraillə yenidən qarşıdurma ehtimalını nəzərə alaraq son aylarda bu istiqamətdə səyləri artırıb.

Qeyd edək ki, bu gün İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüşdə İranın ballistik raket proqramı barədə müzakirə aparılması gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən