“Yeni sazişə hazırıq” - Əraqçi

 21:57 30.12.2025     321

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Vaşinqtonla qarşılıqlı hörmətə əsaslanan yeni saziş bağlamağa hazır olduğunu bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, “The Guardian” nəşrinə müsahibəsində danışıb.

XİN rəhbəri ölkəsinin böhranı diplomatik yolla həll etmək niyyətində olduğunu vurğulayıb:

“İran İslam Respublikası hər iki tərəfin maraqlarını təmin edəcək və qarşılıqlı hörmət prinsiplərinə söykənən istənilən razılaşmaya açıqdır. Ona görə də Tramp administrasiyasını diplomatik həll yollarından istifadə etməyə çağırıram. Hazırda İranla ABŞ-nin regional tərəfdaşları və dostları dialoqun təşviq edilməsi, eləcə də danışıqların real nəticələr verməsi üçün misli görünməmiş bir istək nümayiş etdirirlər”.

Vumart və Güvən reklamı Vumart Güvən