Putin Türkiyəyə səfər edəcək

 11:01 31.12.2025     433

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin daim təmasdadır, liderlər arasında etimada əsaslanan dialoq qurulub”.

Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Türkiyənin diplomatik mənbələri bildiriblər.

“İki lider etimada əsaslanan dialoq qurub, bu, həm ikitərəfli, həm də regional məsələlərin həllində dəfələrlə effektivliyini sübut edib. Prezident Rəcəb Tayyib Ərdoğan cənab Putini Türkiyəyə səfərə dəvət edib, bunun çox yaxın gələcəkdə baş verəcəyini gözləyirik”, - Türkiyə rəsmisi agentliyə deyib.

Vumart və Güvən reklamı Vumart Güvən