Türkiyədə çobanlar qar uçqununa düşdü - Axtarış aparılır

 16:29 31.12.2025     335

Türkiyənin Artvin vilayəti Aksu yaylağında səhər saatlarında qar uçqunu baş verib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, yaylaqda olan 6 çobandan 3-ü uçqun altında qalıb.

Sərt qış şəraiti və qalın qar örtüyü səbəbindən yaylağa gediş-gəlişin çətin olduğu, bu səbəbdən də xilasetmə qruplarının bölgəyə çatdırılması istiqamətində işlərin davam etdiyi bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən