Şeyma Subaşı məhkəməyə çıxarıldı

 17:07 31.12.2025     348

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində barəsində həbs qərarı verilmiş Şeyma Subaşı İstanbul Hava Limanında saxlanılıb.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, əlavə prosedurlar üçün jandarma qruplarına təhvil verilən Subaşı, sağlamlıq yoxlanışı üçün xəstəxanaya aparılıb.

Sağlamlıq yoxlanışından sonra o dindirilmək üçün jandarma qrupları ilə birlikdə yola düşüb. Jandarmada prosedurları tamamladıqdan sonra Subaşı məhkəməyə çıxarılıb.

Vumart və Güvən reklamı Vumart Güvən