Myanmada güclü zəlzələ baş VERDİ

 19:11 01.01.2026     276

Myanmada Mandalay şəhərindən təxminən 100 km şimalda 5.9 maqnitudalı zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Tailand Meteorologiya Departamenti məlumat yayıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Mandalaydan cənubda daha zəif yeraltı təkanlar qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən