Yaponiyanın Baş naziri Trampın yazda ABŞ-yə səfər dəvətini qəbul ETDİ

 19:00 02.01.2026     329

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampın 2026-cı ilin yazında Birləşmiş Ştatlara səfər dəvətini qəbul edib.

Redaktor.az-ın "Kyodo" agentliyinə istinadən məlumatına görə, Takaiçi yanvarın 2-də Trampla telefon danışığı aparıb, o, danışıq zamanı ABŞ-yə səfər dəvətini qəbul etdiyini bildirib.

Baş nazir həmçinin qeyd edib ki, iki lider danışıq zamanı ölkələr arasında təhlükəsizlik və iqtisadi əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

Vumart və Güvən reklamı Vumart Güvən