"Beyin implantlarının kütləvi istehsalı başlayacaq" - Mask

 09:37 03.01.2026     294

Amerikalı milyarder İlon Maskın "Neuralink" şirkəti 2026-cı ildə düşüncə ilə idarə olunan cihazlar üçün beyin implantlarının kütləvi istehsalına başlayacaq.

Redaktor.az xəbər verir ki, iş adamı özü bu barədə "X" platformasında məlumat verib.

"Neuralink" 2026-cı ildə beyin-kompüter interfeysi cihazlarının genişmiqyaslı istehsalına başlayacaq və sadələşdirilmiş, demək olar ki, tam avtomatlaşdırılmış cərrahi prosedura keçəcək", - Mask yazıb.

Qeyd edək ki, Maskın şirkəti beyin implantının insanlar üzərində klinik sınaqlarına 2024-cü ildə başlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən