PUA hücumu səbəbindən Moskvanın hava limanlarında uçuşlar dayandırıldı

 20:21 04.01.2026     314

Pilotsuz uçuş aparatı (PUA) hücumuna görə Moskvanın “Domodedovo”, “Vnukovo” və “Jukovski” hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Moskvanın meri Sergey Sobyanin məlumat verib.

PUA hücumu ilə əlaqədar Moskvada 200-ə qədər aviareys gecikir.

Qeyd edilib ki, bir sıra reyslər ləğv edilib.

Vumart və Güvən reklamı Vumart Güvən