Parisdə İsrail və Suriya arasında yeni danışıqlar raundu keçiriləcək

 09:40 05.01.2026     235

İsrail və Suriya nümayəndə heyətləri arasında yeni danışıqlar raundunun bazar ertəsi Parisdə keçirilməsi planlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə Asharq Al-Awsat qəzeti məlumat yayıb.

Məlumata görə, görüş ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrakın vasitəçiliyi ilə baş tutacaq.

Tərəflər iki ay əvvəl dayandırılmış dialoqu bərpa edərək təhlükəsizlik tədbirləri ilə bağlı yeni razılaşmaya nail olmağa çalışacaq.

Vumart və Güvən reklamı Vumart Güvən