"NATO Qrenlandiyanı müdafiə edəcək" - Almaniyadan Trampa CAVAB

 15:46 05.01.2026     249

NATO lazım gələcəyi halda Qrenlandiyanın müdafiəsinin gücləndirilməsini müzakirə edə bilər.

Redaktor.az “Reuters“ə istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.

Vadeful Qrenlandiyanın Danimarkanın ayrılmaz bir hissəsi olduğunu vurğulayıb.

“Danimarka NATO üzvü olduğuna görə, Qrenlandiya da prinsipcə NATO-nun müdafiə prinsipinə aid ediləcək”, - Almaniya XİN rəhbəri bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı ələ keçirmək barədə hədələrini təkrar edir.

Vumart və Güvən reklamı Vumart Güvən