Maduro və həyat yoldaşı helikopterlə məhkəməyə aparılır - FOTO+VİDEO - YENİLƏNİB

 17:42 05.01.2026     469

Venesuela prezidenti Nikolas Maduronu daşıyan helikopter Nyu-Yorkdakı məhkəmə binasının qarşısına eniş edib.

Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

"Maduronu daşıyan helikopter Nyu-Yorkda məhkəmə binasının yaxınlığındakı helikopter meydançasına eniş edib.Onun indi məhkəməyə gedəcəyi gözlənilir", - nəşr qeyd edib. 

***

Nikolas Maduro məhkəmə prosesində iştirak etməsi üçün təcridxanadan çıxarılıb.

Redaktor.az xəbər verir ki, Maduro və həyat yoldaşı helikopterlə Nyu-York məhkəməsinə aparılır.

Onlar bir qədər sonra Manhattan Federal Məhkəməsində hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını saxlayıb.

Maduro bu şəkildə məhkəməyə aparılır - FOTOLAR

Maduro bu şəkildə məhkəməyə aparılır - FOTOLAR

Maduro bu şəkildə məhkəməyə aparılır - FOTOLAR

Vumart və Güvən reklamı Vumart Güvən