Avropada antibiotik istifadəsinə məhdudiyyətlər GÜNDƏMDƏDİR

 22:45 07.01.2026     432

Avropa Komissiyası antibiotiklərdən həddindən artıq istifadənin qarşısını almaq məqsədilə yeni tənzimləmə paketi üzərində işlədiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, təklif edilən dəyişikliklərə əsasən, bəzi antibiotiklərin yalnız ağır və həyati təhlükə yaradan hallarda təyin olunmasına icazə veriləcək.

Rəsmi qurumlar bildirir ki, bu addım antibiotiklərə davamlı bakteriyaların artması fonunda atılır. Yeni qaydalar qəbul edilərsə, üzv ölkələrin səhiyyə sistemləri və həkimlərin resept yazma səlahiyyətləri ciddi şəkildə məhdudlaşdırılacaq. Məsələ artıq bir sıra ölkələrdə siyasi müzakirələrə səbəb olub.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən