Aİ İrandan internetə çıxışı bərpa etməyi tələb ETDİ

 16:03 09.01.2026     289

Avropa İttifaqı (Aİ) İran hakimiyyətini ölkə üzrə internetə çıxışı bərpa etməyə çağırıb.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Aİ-nin Xarici Fəaliyyət Xidmətinin sözçüsü Ənvar əl-Anuni bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı İran hakimiyyətini ifadə azadlığı və dinc toplaşmaq hüquqlarına hörmət etməyə, həmçinin ölkə üzrə internetə çıxışı yenidən təmin etməyə çağırır.

Əl-Anuni vurğulayıb ki, Brüssel İranda baş verənləri diqqətlə izləyir və yaranmış vəziyyətdən ciddi narahatdır.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən