“Azərbaycan-Ermənistan münasibətlərində ABŞ ilə maraqlarımız eynidir”

 01:38 10.01.2026     371

“Sülh istəyən və Ukraynada atəşkəsi prioritetləşdirən ABŞ siyasətinin davam etməsi vacibdir”.

Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT Haber”ə müsahibəsində deyib.

Nazir Vaşinqtonun Azərbaycan və Ermənistanı sülhə təşviq edən mövqeyinin regionun gələcəyi üçün həlledici olduğunu vurğulayıb:

“Türkiyə və ABŞ-nin Rusiya, Azərbaycan-Ermənistan münasibətləri və Suriya məsələsindəki maraqları hazırda bir-biri ilə tam uyğunluq təşkil edir”.

Vumart və Güvən reklamı Vumart Güvən