İranda etirazlar davam edir - 51 ölü

 09:34 10.01.2026     460

İranda ümumxalq etirazlarının ilk 13 günündə aralarında 9 uşağın da olduğu ən azı 51 etirazçı öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Bildirilib ki, etirazlarda yüzlərlə insan yaralanıb.

Qeyd edək ki, İranın paytaxtı Tehranda və ölkənin digər bölgələrində kütləvi etiraz aksiyalar 13 gündür davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən