Suriya "İbrahim razılaşmaları"na qoşulmağı planlaşdırır?

 10:25 10.01.2026     314

Suriya “İbrahim razılaşmaları”na qoşulmağı planlaşdırmır.

Redaktor.az xəbər verir ki, bu barədə Suriyanın informasiya naziri Həmzə əl-Mustafa “Al Arabiyya” kanalına danışıb.

“Suriya “İbrahim razılaşmaları”nın iştirakçısı ola bilməz. Çünki, İsrail bizim torpağımızı, xüsusilə Qolan Yüksəkliklərini işğal edib. Prezidentin də qeyd etdiyi kimi, bu razılaşmalar İsrailin işğal etmədiyi ölkələr arasındadır”, - suriyalı nazir bildirib.

Qeyd edək ki, “İbrahim razılaşmaları” ABŞ-nin vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri arasında diplomatik münasibətlərin qurulması haqqında sazişdir.

Vumart və Güvən reklamı Vumart Güvən