Finlandiya piyada əleyhinə minaların qadağası haqqında konvensiyadan ÇIXDI

 09:28 11.01.2026     328

Finlandiya piyada əleyhinə minaların qadağasını nəzərdə tutan Ottava Konvensiyasından rəsmi şəkildə çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Yle" nəşri məlumat yayıb.

Qeyd olunur ki, Finlandiya hökuməti sözügedən müqavilədən hələ 2025-ci il iyulun 10-da imtina edib. Qərar müdafiə məsələləri və təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi ilə əsaslandırılıb.

Hökumət rəsmiləri həmin vaxt təhlükəsizlik mühitindəki dəyişiklikləri əsas arqument kimi göstəriblər.

Vumart və Güvən reklamı Vumart Güvən