Tramp İran nümayəndələri ilə görüşə bilər

 09:25 12.01.2026     260

ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramını müzakirə etmək üçün İran nümayəndələri ilə görüşə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti jurnalistlərə açıqlaması zamanı məlumat verib. 

O bildirib ki, yanvarın 10-da İran rəhbərliyinin nümayəndələrinin görüşlə bağlı onunla telefon danışığı baş tutub. 

"Görüşdən əvvəl hərəkətə keçməli ola bilərik. Görüş təşkil olunmaq üzrədir. İrandan zəng ediblər. Onlar danışıqlar aparmaq istəyirlər", - Tramp deyib. 

Agentliyin məlumatına görə, Tramp bildirib ki, Vaşinqton İranın müxalif qüvvələri ilə də əlaqə saxlayır.

Vumart və Güvən reklamı Vumart Güvən